“Kim olursa-olsun, dövlət məmuruna bizneslə məşğul olmaq birmənalı qadağandır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun adının biznes qalmaqalında hallanmasına münasibət bildirən Rusiyadakı keçmiş səfirimiz Hikmət Hacızadə deyib.
Hikmət Hacızadənin sözlərinə görə, ən strateji səhələrdən biri olan diplomatiyada qohumbazlıq halları aradan qaldırılmalıdır:
“Əlbəttə ki, səfirin adının belə məsələlərdə hallanması çox mənfi haldır. Ümumiyyətlə isə qanunvericilik hansı vəzifəni tutmasından asılı olmayaraq, dövlət məmuruna bizneslə məşğul olmağı qadağan edir.
Əgər kimsə özünü biznesdə daha bacarıqlı hiss edirsə, işindən çıxsın və getsin o fəaliyyətlə məşğul məşğul olsun. Buna mane olan yoxdur ki…
Digər tərəfdən, strateji sahə olan diplomatiyada qohumbazlığa son qoyulmalıdır. Bunu da təmin etmək üçün ictimai nəzarət güclənməlidir. Ancaq belə bir imkan varmı? Suallar o qədər çoxdur…”
A.Zeynalov
www.yenicag.az