Su kəməri partladı
Bakıda su kəmərinin partlaması nəticəsində vətəndaşlar köməksiz vəziyyətdə qalıb. Nazirliyin “112” qaynar telefon xəttinə Xətai rayonunda su kəmərinin deşilməsi nəticəsində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolması və insanların evlərdə köməksiz vəziyyətdə qalmaları barədə məlumat daxil olub. FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 8 nəfərə müvafiq köməklik göstərilib
(lent.az)