Süleyman Dəmirəl istintaqa çağırıldı
Türkiyədə “28 Fevral” hadisələri ilə bağlı 103 şübhəlinin mühakimə olunduğu məhkəmədə dönəmin prezidenti Süleyman Dəmirəlin də şahid olacağı bildirilib.
9-cu prezident Süleyman Dəmirəl dövlət çevrilişinə cəhddə günahlandırılan şübhəlilər, təqaüdçü general İsmayıl Haqqı və yoldaşları ilə bağlı məhkəmə prosesində iştirak edəcəyini bildirib.
S.Dəmirəl onu da bildirib ki, 5271 saylı Cinayət Məcəlləsinin 43/3. maddəsinə əsasən “Prezident öz təqdiri ilə şahidlikdən çəkilə bilər. Şahidlik etməyi istəməsi halında yazılı müraciət göndərə bilər”.
1997-ci il dövlət çevrilişi bu ölkənin tarixində hakimiyyəti dəyişmək üçün 1960, 1971 və 1980-ci illərdən sonra 4-cü cəhd idi. Nəticədə hakim partiya səlahiyyətlərini itirdi, baş nazir Nəcməddin Ərbakan isə istefaya getməyə məcbur oldu.