"Sülh və inkişafa yol açan yeni reallıq" - Elçin Əmirbəyov

media-hightechnic-468x90

Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yalnız ədaləti bərpa etməyib, Cənubi Qafqazda sülh, sabitlik və inkişafa geniş yol açan yeni reallıq yaradıb.

media-banner_tuq

Yenicag.az bildirir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və BMT-nin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycan və Ermənistanın sülh şəraitində yaşamasına alternativ yoxdur.

“Azərbaycan nümayiş etdirir ki, sülhə hazırdır. Azərbaycan gələcəkdə yeni müharibə, dağıntıları istisna edir”, – E.Əmirbəyov deyib.

Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, regionun inkişafı Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli bəyanatlarında əksini tapan məsələlərin yerinə yetirilməsindən keçir. “Azərbaycan Ermənistandan siyasətini yeni geosiyasi reallığa uyğunlaşdırmağı gözləyir”, – deyə o qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05