!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süni intellektin TƏHLÜKƏLİ ÜZÜ – Nədən ehtiyat ETMƏLİYİK?

!Reklam – Yazi

“Vətəndaşlar süni intellektlə bağlı məsələlərdə ehtiyatlı olmalıdırlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında süni intellektin riskləri haqqında danışan İT ekspert Elvin Abbasov bildirib. O, Daxili İşlər Nazirliyinin süni intellekt proqramlarının vətəndaşların məlumatlarının ələ keçirilməsi riskini şərh edib:

“Hazırda süni intellekt istifadəsi dövrün çağırışlarındandır və bir çox biznes, bir çox fəaliyyət növləri süni intellekt modellərindən istifadə edərək öz bizneslərini təkmilləşdirirlər. Həmçinin bir çox tələbəyə süni intellekt məlumat baxımından daha da əlçatandır. Məsələn, xarici dildəki məlumatlar Ana dilində əldə edə bilir. Süni intellektin bir çox faydası olduğu kimi riskləri də mövcuddur. Bəs bu risklər nədir? Qeyd etmək lazımdır ki, böyük dil modellərində dələduzluq modelləri baş verə bilməz. Onlar beynəlxalq müstəvidə iştirak edirlər və bu halda onlar hər hansı bir ölkədə kiçik müstəvidəki dələduzluqlarda məlumat ötürəsi deyillər”.

“Burada təhlükə haradan gözlənilir? Böyük dil modellərindən istifadə edən kiçik şirkətlər var. Məsələn, kiçik şirkətlər bir həll yaradır və ora böyük dil modellərindən servis alır və yaratdığı kiçik bir həllə qoşur, bu həllər üzərindən vətəndaşın məlumatı toplanırsa, bu kiçik yaradılan həllər üzərində o məlumatlar nüsxələnir və bu istiqamətdə dələduzluq halları baş verə bilər. O məlumatlar ələ keçə və istifadə oluna bilər. Risklər kiçik həllərin böyük dil modellərinə qoşularaq xidmət verdiyi sahələr və sektorlara və ya vətəndaşlara aid sahələrdir ki, bu kiçik həllər öz əldə etdikləri məlumatı dil modelinə göndərmədən əvvəl özündə də nüsxələyir və bu məlumatlar dələduzluq növlərində istifadə edilə bilər.”

Ekspert qeyd edib ki, vətəndaşlar süni intellekt proqramları seçərkən ehtiyatlı olmalıdırlar:

“Ümumiyyətlə, tanınmamış süni intellekt həllərindən istifadə edilməsin. Burda qeyd edilmək istənilir ki, tanınmamış süni intellekt modellərində neqativ hallar ola bilər, vətəndaşın məlumatları ələ keçə bilər, oğurlana və satışa çıxarıla bilər. Bu məsələdə ehtiyatlı olmaq lazımdır ki, bu aktual məsələdir, baş verməsi də realdır. Ona görə də, vətəndaşlar ehtiyatlı olmalıdır”.

Nurlan Cəfəri

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv