Süni zəkanın daha bir təhlükəsi: İnsanlarda psixozu tətikləyə bilər
Süni zəka texnologiyalarının gündəlik həyata sürətlə daxil olması bəzi riskləri də özü ilə gətirir. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin həkimlərinin də müəllifi olduğu yeni araşdırmaya görə, ‘ChatGPT’ kimi süni zəka söhbət botları bəzi istifadəçilərdə “real və qeyri-real” arasındakı sərhədləri bulanlaşdıraraq psixoz əlamətlərini ortaya çıxara və ya mövcud halları daha da ağırlaşdıra bilər.
Yenicag.az xəbər verir ki, “King’s College London” universitetindən nevropsixiatr Hamilton Morrin bu halı “söhbət botu psixozu” adlandıraraq bunun artıq real bir psixi fenomen kimi müşahidə olunduğunu bildirib.
Araşdırmada qeyd olunur ki, təsdiq etmək, ünsiyyət qurmaq və təqlid etmək üçün proqramlaşdırılmış bu texnologiyalar psixoz hallarında müşahidə olunan zəif təfəkkür mexanizmləri ilə riskli şəkildə qarşılıqlı təsirə girə bilər.
Professoru Tom Pollak da süni zəka texnologiyalarının bu cür halları birdən yaratmasa da, onların “tətikləyici faktor” kimi çıxış edə biləcəyini vurğulayıb.
Tədqiqatçılar süni zəka şirkətlərini bu texnologiyaların risklərinə qarşı əlavə təhlükəsizlik tədbirləri görməyə və psixiatrları da süni zəka təhlükəsizliyi üzrə komandalara daxil etməyə çağırıblar.
“OpenAI” rəhbəri Sem Altman isə may ayında verdiyi açıqlamada “ChatGPT”nin psixoloji cəhətdən həssas istifadəçiləri üçün uyğun xəbərdarlıqları necə etmək lazım olduğunu hələ tam tapmadıqlarını etiraf etmişdi.
Araşdırmanın ilkin versiyası “PsyArXiv” platformasında yayımlanıb.