ABŞ ordusunun Suriyadan çıxarılması xəbərinə Israil baş naziri Binyamin Netanyahu, Rusiya Xarici Işlər Nazirliyi və Ingiltərə Müdafiə Nazirliyi münasibət bildirib.
Yenicag.az xəbər verir ki, tərəflərdən yalnız Rusiya qərarın problemin həllində faydalı olacağını bildirib.
Israil baş naziri açıqlamasında, ölkəsinin bu qərardan sonra problem istiqamətində və ölkənin təhlükəsizliyinin təmin edilməsində daha adekvat addımlar atacağını qeyd edib.
Ingiltərə Müdafiə Naziri isə, bu qərarın düzgün olmadığını, qərara şiddətlə qarşı çıxacaqlarını vurğulayıb:
“Bölgədə IŞID təhlükəsi azalsa da, mövcudluğunu qoruyur. Fikrimcə ABŞ-ın bu qərarı düzgün deyil”.
Rusiya Xarici Işlər Nazirliyi isə, bu addımın Suriyadakı problemlərin siyasi həlli istiqamətində müsbət nəticələr verəcəyini diqüətə çatdırıb.
“Tramp bu barədə mənə əvvəlcədən məlumat vermişdi. Dedi ki, bizim ora təsir etmək üçün başqa yollarımız var” – deyə, Netanyahu bildirib.
www.yenicag.az