!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriya muxalifətini Soçidə Türkiyə təmsil edəcək

!Reklam – Yazi

Türkiyə, Rusiya və İranın liderliyi ilə Soçidə Milli Dialoq Konqresi təşkil olunub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, suriyalı muxaliflər Soçi Zirvəsində iştirak etmək üçün Türkiyədən Rusiyaya gediblər. Lakin onlar toplantıya qatılmadan geri qayıtmağa qərar veriblər. Buna səbəb isə, onların hava limanında Suriya rejiminin bayrağı ilə qarşılanmaları olub.

Suriya muxalifəti öz missiyalarını Türkiyəyə etibar ediblər.

Soçi Zirvəsində digər bir qalmaqallı hadisə xarici işlər naziri Sergey Lavrovun danışığının yarıda kəsilməsi olub. Belə ki, bir qrup ayağa qalxaraq Rusiyanı Suriyada dinc əhaliyə hücum etməkdə təqsirləndirib. Digər bir qrup isə onların əksinə olaraq dəstəyə görə Rusiyaya təşəkkür edib.

Qeyd edək ki, bütün bunlar Rusiya dövlət kanalında canlı yayımlanıb.

COP29

www.yenicag.az

2213
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv