Suriya ordusu məşhur qalanı geri aldı

media-hightechnic-468x90

iuyiy8Qalanın alınması terrorçulara qarşı növbəti ağır zərbələrdən biri olub
Suriyada hökumət qüvvələri 2012-ci ildən etibarən terrorçu qüvvələrin əlinə keçən orta əsrlərə aid məşhur Krak de Şövalye qalası üzərində nəzarəti bərpa edib.

Livanın Əl-Meyədin kanalından verilən məlumata görə, qala uğrunda ordu qüvvələri ilə terrorçu dəstələr arasında uzun müddət qızğın döyüşlər gedib.

YUNESKO-nun dünya mədəni irs siyahısına daxil olan qala geri qaytarıldıqdan sonra Suriya əsgərləri qalanın zirvəsində ölkə bayrağını dalğalandırıblar.

Bir qədər əvvəl Suriya ordusu Yəbrud şəhərində terrorçulara ağır zərbə vurmuşdu. Qalanın alınması isə terrorçulara qarşı növbəti ağır zərbələrdən biri olub(musavat.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600