“Suriya və ya Fələstin, bəs Qarabağ münaqişəsi?”

media-hightechnic-468x90

1409915232-300x168“İndiki vəziyyətdə bir günün içərisində heç bir aydın və dəqiq konturu olmayan xəritəni tərtib etmək mümkün deyil”.

Bu sözləri Rusiyanın “Şimal-Cənub” Siyasi Araşdırmalar Mərkəzinin icraçı direktoru Yuliya Yakuşeva Uels sammitindən sonra dünya xəritəsinin dəyişəcəyi məsələsinə münasibət bildirərkən söyləyib.

O, dünya xəritəsinin dəyişilməsinin SSRİ və ABŞ-ın əsas aparıcı dövlət olduğu bir dövrdə reallığa çevrilə biləcəyini qeyd edib:

“Dünya xəritəsi əvvəlki kimi qalır. İndiki vəziyyətdə bir günün içərisində heç bir aydın və dəqiq konturu olmayan, – mən dünyanın geosiyasi xəritəsini nəzərdə tuturam, – xəritəni tərtib etmək mümkün deyil. Bunu ancaq SSRİ və ABŞ-ın əsas dövlət olduğu bir zamanda edə bilərdik. Hazırda isə dünya xəritəsində çox rəng var və onların da hər birinin indiki dünyanın əsas aparıcı dövlətləri ilə üst-üstə düşməyən öz maraqları yaranıb. Məsələn, Azərbaycan kimin tərəfindədir? İlk öncə, öz tərəfindədir. Daha sonra isə taktiki planda hansı ölkəyə qoşulmaq daha sərfəlidir məsələsi durur. Bu da öz növbəsində, çoxvektorluluq adlanır. Buna görə də sammitə strateji nəzərdən yox, taktiki plan baxımından Ukrayna böhranına görə, Rusiyaya təzyiq tərəfindən baxılmalıdır. Bəs İraq necə olmalıdır? Suriya və ya Fələstin, bəs Qarabağ münaqişəsi? Cavablar səslənmədi, lakin suallar qaldı”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600