”Suriyada axan qanları görməzdən gəlirlər”
“Bu gun bütün dünyanı məşğul edən əsas məsələ geosiyasi maraqların toqquşduğu Ukrayna problemidir. Ukraynanın ərazi bütövlüyünün kobud şəkildə pozulması hər gün onlarla günahsız insanın qanının axdığı Suriya məsələsini arxa plana salıb. Öz siyasi məqsədlərindən dolayı bir birlərinə əzələ göstərən supergüclər demək olar ki, Suriyada axan qanları görməzdən gəlir”.
Bunu Demokratik Azərbaycan Dünyasi Partiyasinin sədri Fatma Əliyeva deyib. O bildirib ki, məhz belə bir mürəkkəb geosiyasi manevrlər fonunda həmişəki və tarix boyu müşahidə olunan erməni xisləti özünü biruzə verməyə başlayıb: “Özlərinə məzlum imici yaradan erməni fitnəkarları yenidən iş başındadır desək yanılmarıq. Bu gün Suriyadakı qətlıamdan belə öz xeyirlərinə yararlanmağa çalışan erməni başbilənləri Suriyada yaşayan erməni ailələrini fasiləsiz olaraq işğal etdikləri Azərbaycan torpaqlarına köçürməkdədir. Buna guya erməniləri xilas etmə yolu kimi dünyaya bildirmələri isə əsl erməni həyasızlığının təzahürüdür.
Məhz Suriyada yaranan bu dəhşətli vəziyyətdən yararlanmaq yalnız erməni kimi xain xislətli bir millətin ağlına gələ bilər. Amma onların unutduğu bir məqam var. Onların arxayınçılığı heç də göründüyü kimi güclü və qudrətli imici yaratmaqdan irəli gəlmir.
Son vaxtlar Azərbaycanın artan hərbi və iqtisadi qüdrəti və ölkə prezidenti Ali Baş Komandan İlham Əliyevin tarixi və əzəli torpaqlarımızı geci tezi azad edəcəyimizə dair verdiyi bəyanatlar xain erməni xislətini hərəkətə keçirib.
Azərbaycan öz torpaqlarını diplomatik yollarla deyil hansı ki , ermənilər hər vəchlə bu prosesi zədələyirlər, hərb yolu ilə azad etmiş olarsa onda ermənilər onsuz da ikili standartlarla işləyən dünya birliyinə Azərbaycanın qarşısını almaga səsləyəcək. Bu gun bir dövlət kimi varlıqlarl belə şübhə altında olan erməni dövlətinin və siyasətinin mahiyyətində elə bu formada riyakar və xain xislət durur”(qafqazinfo.az).