Sürücü sükan arxasında infarkt keçirdi

media-hightechnic-468x90

скачанные файлы (2)Ağdamda ürəyi tutan sürücünün ölməsi qəzaya səbəb olub.

Ağdam Rayon Polis Şöbəsindən  verilən məlumata görə, rayon sakini, 1943-cü il təvəllüdlü Hüseynov Sevindik Qara oğlu sükan arxasında keçinib.

Nəticədə onun idarə etdiyi “VAZ 2106” markalı minik maşını əvvəlcə yoldan çıxaraq əkin sahəsinə girib. Yenidən avtomobil yoluna qayıdan “VAZ 2106” “Mercedes” markalı minik maşınına çırpılıb.

Nəticədə “VAZ-2106”-da olan 1990-cı il təvəllüdlü Həbibova Elnurə Tariyel qızı xəsarət alıb. Hadisə ani baş verdiyindən arxa oturacaqda oturan E. Həbibova nə baş verdiyini qəzadan sonra anlayıb.

E. Həbibova Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600