Sürücüləri radara salmaq üçün bu yola da əl atdılar – VİDEO

media-hightechnic-468x90

156538_466508Quba yolunda sürət həddini bildirən yol nişanına müdaxilə edərək sürücülərə tələ qurublar

media-banner_tuq

Sosial şəbəkələrdə maraqlı video yayılıb. Elçin Əliyev adlı istifadəçi tərəfindən yayılan videoda sürücüləri radara salmaq üçüq qurulan tələnin üstü açılıb. Bu yol nişanı Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda yeni, aşkarlanıb. Yol nişanının unikallığı ondadır ki, bir dirəkdə üst-üstə iki yol nişanı var. Əsl nişanda sürət həddi 110 km/saat göstərilir.

Lakin sonradan yararsız bir yol nişanı simlə əsl nişanın üstünə bərkidilib. İşin daha unikal tərəfi budur ki, ikinci nişanda sürət həddi 90 km/saaat göstərilir. Bir qədər irəlidə isə radar var. Görünür, sürücüləri radara salmaq üçün hələ çox yeniliklərin şahidi olacağıq.
Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolundakı həmin nişanla bağlı videonu təqdim edərək sürücüləri ayıq-sayıq olmağa çağırırıq.

Ümid edirik ki, Dövlət Yol Polisi bu biabırçılığı aradan qaldıracaq və bu işə qol qoyan məsuliyyətsiz insanlar məsuliyyətə cəlb olunacaqlar(Atmosfer).

https://youtu.be/kqF5qInGvuU

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05