8-18 sentyabr tarixilərində aparılan təmir işləri ilə əlaqədar olaraq Mirəli Qaşqay küçəsinin Süleyman Rəhimov və Şamil Əzizbəyov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.