Şuşa, Kəlbəcər, Laçındakı hava şəraiti açıqlandı

media-hightechnic-468x90

Şuşa, Kəlbəcər, Laçında hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a bildirilib ki, dekabrın 18-19-da hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.

Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 2 dərəcəyə yaxın şaxta olacaq.

Dekabrın 18-də hava şəraitinin yağmursuz keçəcəyi, səhər və axşam arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Dekabrın 19-da hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı, axşam havanın tutulacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 2 dərəcəyə yaxın şaxta təşkil edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600