“Şuşanın azad olunması ilə Azərbaycanın ruhu özünə qayıdıb” – Partiya sədri

media-hightechnic-468x90

“Hər kəs bilir ki, Şuşa bizim üçün çox dəyərli rəmzdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın mənəvi paytaxtı hesab edilən Şuşanın 28 illik işğaldan azad olunmasının ölkəmizə qazandırdığı üstünlüyü dəyərləndirən Qorqud Partiyasının sədri Firuddin Kərimov deyib.

Partiya sədrinin sözlərinə görə, Şuşa öz əhəmiyyətinə görə müaqayisəolunmaz əhəmiyyətə malikdir:

Bəli, Şuşa Azərbaycanın ürəyidir və bizim mübarizəmiz də elə bundan başlayır. Şuşa Qarabağın ilk paytaxtı Şuşa olub və indi də öz əhəmiyyətinə görə müaqayisəolunmaz çəkiyə malikdir.

Təbii ki, Şuşa Azərbaycanın düşünən beynidir. Şuşanın alınması ilə obrazlı desək, başımızdan düşən papağı yenidən başımızıa qoyduq.

Əsas odur ki, torpaqlarımız işğaldan azad edildi. Hər kəs bilir ki, Şuşa bizim üçün çox dəyərli rəmzdir. Bu mənada, Şuşanın azad olunması ilə Azərbaycanın ruhu özünə qayıdıb”.

Aqil Bəkir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600