Noyabr ayının 18-də Masallı şəhərində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial cəhətdən zəif müdafiə olunmuş vətəndaşlara pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların göstərilməsi” layihəsinin icrası çərçivəsində vətəndaşların qəbulu keçirilib.