Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı qalmaqal davam edir. Çıxarılan müəllimlər 8 aydan çoxdur ki, nə yeni işlə təmin oluna bilirlər, nə də öz yerlərinə qaytarılırlar. Məsələ ilə bağlı Binəqədi Rayon və Apellyasiya məhkəmələrində 12 məhkəmə prosesi keçirilib.
Sabah, sentyabrın 10-da 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsində uğur qazanmış namizədlərin qeydiyyat prosesi başa çatır.