Taksi hüquq müdafiəçisini belə vurdu – Bakıda – Video 

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi Səməd Vurğun bağının yanında piyada keçidindən yolu keçərkən avtomobil vurub.

Yenicag.az-ın məlumatına görə, vəziyyəti ağırdır, huşu üstündə olsa da, reaksiyası zəifdir, fikrini izah edə bilmir. Kəllə beyin silkələnməsi travması alıb.

Sosial mediadan paylaşılan videoda görünür ki, maşın yoluna davam etməli olan tərəfdən yox, piyada zolağının üzərindəki piyadanın birbaşa üzərinə sürülür və əks yola keçərək yaşıl işıqda keçən piyadanı vurur.

Gülalıyevin oğlu şoferin sonra Oqtay Gülalıyevi “Semaşko”ya gətirdiyini, daha sonra başqa xəstəxanaya nəql etdiklərini yazıb.

Həmin videonu təqdim edirik: