!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksi qiymətləri BAHALAŞACAQ: Sərnişin daşımalarında yeni mexanizm olacaq

!Reklam – Yazi

“Hazırkı dövrdə icazəsi olmayan nəqliyyat vasitələri digər yollarla öz fəaliyyətlərini davam etdirəcəklər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilməsi ehtimalının taksi qiymətlərinə göstərə biləcək təsiri haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, müvafiq qəbul ediləcək qərarlar keyfiyyət baxımından faktiki olaraq taksilərin sayına təsir göstərəcək.

“Lakin bu ən çox taksi şirkətləri ilə əməkdaşlıq edən fiziki şəxslərə daha çox təsir edən bir mexanizm olacaq. Yəni, şirkət qiymətləri çalışan sürücülərə təsirsiz ötüşməyəcək. Lakin bahalaşmanın da olacağı istisna edilmir. Hazırda qiymətlərin əksəriyyəti aqreqatorlar tərəfindən tənzimləndiyinə görə, xüsusilə, şəhərdaxili daşınmalarda aqreqatorların təyin etdiyi qiymətlər əsas götürülür. Hətta taksometr qoşulmayan nəqliyyat vasitələri də bu aqreqatorların fəaliyyətindən yararlana biləcək. Taksometr olmasa belə, aqreqatorların təyin etdiyi məsafə tərtibi buna əsas verir”, – deyə o bildirib.

Taksi qiymətlərinin bahalaşmasına gəldikdə isə ekspert bildirib ki, burada o qədər də ciddi bahalaşmadan söhbət getmir:

“Çünki hazırkı dövrdə icazəsi olmayan nəqliyyat vasitələri digər yollarla öz fəaliyyətlərini davam etdirəcəklər”.

İsmayıl Bakuvi

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv