!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Tamaşaçıda nifrət hissi oyada bilirəmsə...” – Aktyoru mənfi roldan ÇƏKİNDİRƏN SƏBƏB

!Reklam – Yazi

“Adətən, mənfi obrazlar aktyorun inkişafı üçün daha çox şərait yaradır”.

Bu sözləri tanınmış rejissor əməkdar artist Nicat Kazımov Yenicag.az-a açıqlamasında deyib.

Rejissor “bəzi aktyorlar niyə mənfi rollarda oynamaqdan çəkinir” sualını cavablandırıb:

“Bilmirəm, hansı aktyor mənfi obrazı oynamaqdan çəkinir? Mən özüm aktyorluqla məşğul olduğum vaxtlarda mənfi obrazlardan çəkinməmişəm. Mənfi obrazlarda özünü göstərmək üçün məqamlar daha çoxdur. Düzdür, müsbət rolların da, əslində, çətin tərəfləri var. Amma əsərlərin əksəriyyətində mənfi obrazlar daha çox maraq doğururlar və mənfi obrazlar aktyorun inkişafı üçün daha çox şərait yaradır”.

“Məsələn hər bir kəs “Otello”da Yaqonu oynasın. Mənfi ya müsbət nisbi anlayışdır. Kimin üçünsə mənfi müsbət, kimin üçünsə müsbət mənfi ola bilər. Hər bir obrazın içində hər iki qütb var. Bu qütblərin içində hansı daha çox qabardılacaq, bu başqa məsələ. Mən özüm vaxtilə “Pəri Cadu”da İblisi oynayırdım. Düşünürəm ki, bu mənfi obrazla tamaşaçıda hər hansı nifrət hissi oyada bilirəmsə, onun əməllərinə, düşüncələrinə qarşı nifrət yaradıramsa, onda elə mən ən müsbət işlə məşğulam”, – deyə o, fikirlərini tamamlayıb.

Cəvahir

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv