Tanınmış aparıcı: “Problem qadının mətbəxdən, kişinin də öz yerindən ayrı düşməsidir”
Xalq yazıçısı Kamal Abdullanın böyük rezonans doğuran “Qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər” fikri ətrafında müzakirələr səngimək bilmir. Əksər tanınmışlar buna görə yazıçını sərt tənqid etsələr də, onu dəstəkləyənlər də var. Onlardan biri də aparıcı Fəxriyyə Lilpardır.
Yenicag.az-a açıqlama verən aparıcı Kamal Abdullanı qınayanlara səslənib:

“Yəqin Kamal müəllim burada “həm də” demək istəyib. Əslində, xalq şairi demişkən, “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”. Kamal müəllimin bu dedikləri doğru deyilmi? “Yuvanı dişi quş qurur”, deyirik. Qadının mətbəxdə yeri əskiklikmi sayılır ki, cəmiyyət buna belə reaksiya verir?! Qeyd olunan bu cəmiyyətimizdə baş verən bütün sosial-məişət problemlərinin yaranma səbəbi elə qadının mətbəxdən, kişinin də öz yerindən ayrı düşməsidir”.
Cəvahir













