Tanınmış aparıcı qəza keçirdi – FOTO
“Lider” tele-kanalının tanınmış aparıcısı Günel Gözəlova avtomobili ilə qəza keçirib. Yenicag.az xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədəki şəxsi səhifəsində məlumat yayıb. Aparıcı qəza nəticəsində heç kimə ziyan dəymədiyi üçün şükr edib və Allahın onu necə qoruduğuna şahid olduğunu ifadə edib:
“Şükür ki, heç kəsin canına qıymadım! İlk düşündüyüm bu oldu, öz canım, malımı düşünmədim bir an belə! Allahın özünə, adına min don geyindirənlər, 4-cü dəfə Allahın necə məni qoruduğunun şahidi oldum. Allah imanımızı, inamımızı əlimizdən almasın!” – deyə Günekl Gözəlova sosial şəbəkədəki statusunda bildirib.