Tanınmış aparıcıdan YENİ MÜJDƏ: “Arzuları gerçəkləşdirən bir...”

media-hightechnic-468x90

Populyar aparıcı Aytəkin Mərdanova Xəzər Televiziyasında yeni verilişlə tamaşaçılarını salamlayacaq.

O, Yenicag.az-a açıqlamasında yeni layihəsi barədə danışıb:

“Gələn həftədən “Qonaq canlı” adlı yeni verilişə başlayırıq. Fərqli və maraqlı bir formatda olacaq veriliş həftəiçi beş gün yayımlanacaq.

Verilişdə doğum günü olan insanlar yer alacaq, onların istəkləri yerinə yetiriləcək. Hər günün bir səbəbkarı olacaq. Doğum günü olanlar studiyaya zəng edəcək, yaxınlarını təbrik edəcək, yaxud da SMS göndərəcəklər.

Sənət adamları da bura daxildir. Doğum günləri olan sənətçilər studiyada özəl günlərini qeyd edəcəklər. Belə deyərdim ki, arzuları gerçəkləşdirən bir veriliş olacaq”.

Qeyd edək ki, Aytəkin eyni zamanda, “Evdəkilərə salam” verilişinin də aparıcısıdır.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600