Tanınmış ekspert İlqar Əliyev vəfat edib

media-hightechnic-468x90

Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev vəfat edib.

media-banner_tuq

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, həbsdə xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, bu ilin martında İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilmişdi.

Xatırladaq ki, İlqar Əliyev əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də “İnformasiya texnologiyaları” departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.

media-1777613759-ilqarr

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05