Tanınmış jurnalist, “Strateq.az” saytının əməkdaşı Fərzuq Seyidbəyli vəfat edib.
Yenicag.az xəbər verir ki, dünən axşam saatlarında dünyasını dəyişən 61 yaşlı F.Seyidbəyli bu gün saat 13.30-da Mehdiabad qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, F.Seyidbəyli 8 avqust 1958-ci ildə Naxçıvan MR Şahbuz rayonunun Kolanı kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Milli azadlıq hərəkatının fəallarından və Naxçıvan Xalq Cəbhəsinin yaradıcılarından olub.
Uzun illər jurnalist kimi fəaliyyət göstərən F.Seyidbəyli “Turan” İnformasiya Agentliyində, ANS telekanalında, “Geopolitika XXI əsr”, “Unikal” və s. qəzetlərdə çalışıb. Eyni zamanda peşəkar tərcüməçilik fəaliyyəti ilə də məşğul olub.
O, son illər şəkər xəstəliyindən əziyyət çəkirdi, hər iki ayağı amputasiya olunmuşdu.
www.yenicag.az