“İstədiyin qədər pul vurub, baxış sayını artıra bilirsən”.
Bunu tanınmış prodüser Namiq Qafarov Yenicag.az-a açıqlamasında deyib.
Prodüser “trenddə birinciyəm” deyib milyonlarla baxış sayı yığan müğənnilərin bunu xüsusi proqram vasitəsi ilə etdiyini bildirib:
“Müğənnilər elə bilirlər ki, çoxlarının bundan xəbəri yoxdur, “Trenddə birinciyəm” deyib özlərini tərifləyirlər. Amma texnologiya dövründə yaşayırıq. O proqramdan mənə də dostum yükləyib və texnologiyasını da başa salıb. Proqram da çox asandır və asanlıqla hər kəs telefonuna yükləyə bilər. İstədiyin qədər pul vurub baxış sayını artırırsan, özü də çox baha deyil. Bir milyon baxış sayı üçün çox pul da lazım deyil. Buna görə də o “trend-zad” hamısı boş şeylərdir. Mahnı xalq arasında sevilməlidir”.
“Aygün Kazımovanın “SOS” mahnısı var, hitdir. O mahnının reklamına heç ehtiyac da yoxdur, öz-özünə trendə düşüb, birincilik qazanıb. Baxırsan, o mahnını heç kim eşitməyib, amma “YoTube”da 10 milyon baxış sayı var. Qardaş, bu on milyon adam nə vaxt buna baxdı, dinlədi?! Heç kim bu mahnını eşitməyib axı. Olsun 5, 3 milyon, bnlar axı az rəqəm deyil. Yenə 100 min olsaydı, inandırıcı çıxardı”.
Cəvahir
www.yenicag.az