Tarixdə ilk dəfə Homo Denisovanın üzünün necə göründüyü aydınlaşdırıldı - FOTO

media-hightechnic-468x90

Araşdırmaçılar tarixdə ilk dəfə Denisova insanlarına aid tam kəllə aşkar ediblər.

Yenicag.az xəbər verir ki, bununla bağlı araşdırma “Science” və “Cell” elmi jurnallarında dərc edilib.

Çinin Harbin şəhərində 1933-cü ildə tapılan və 146 min illik olduğu müəyyənləşdirilən kəllə, əvvəllər “Əjdaha insan” (“Homo longi”) kimi tanınsa da, son analizlər onun Denisova insanına aid olduğunu sübut edib.

Paleoantropoloq Çyaomey Fu rəhbərliyində aparılan araşdırmada dişdən alınan az miqdarda DNT vasitəsilə kəllənin Denisova insanına məxsusluğu müəyyən olunub. Alimlər bu tapıntının ilk dəfə Denisovaların üz quruluşunu ortaya qoyduğunu bildirirlər.

Mütəxəssislər arasında bu fosilin “Homo longi” kimi ayrıca növ sayılıb-sayılmaması ilə bağlı mübahisələr olsa da, bəzi alimlər bu qrupun Homo sapiensin bir qolu olduğunu qeyd edirlər.media-1348321-845749065

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600