Tarixi abidələr “Google” vasitəsi ilə qorunacaq – Yenilik

media-hightechnic-468x90

“Google” şirkəti ən yeni texnologiyalardan istifadə etməklə tarixi abidələrin qorunması üzrə layihəyə başlayacaq. Tezliklə şəbəkədə məşhur tikililərin ilk 3D-modelləri yerləşdiriləcək.

Yenicag.az xəbər verir ki, bu haqda belta.by saytında məlumat yayılıb.

Şirkət “Open Heritage” layihəsini “Google Arts & Culture” proqramı əsasında “CyArk” şirkəti ilə birgə hazırlayır. Mütəxəssislər üçölçülü modelləri lazer skanerlərinin köməyi ilə yaradacaq, sonra proqramın bazasına yükləyəcəklər. 3D-modellərin arxivinə mobil proqram və internet vasitəsilə daxil olmaq mümkün olacaq.

İstehsalçıların sözlərinə görə, müasir texnologiyalar tarixi abidələri ətraflı təsvir etməyə imkan verir. 3D-modellər, hətta rəng və tekstur kimi ən xırda detalları belə ötürə biləcək.

Zaur H. 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600