!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TDT Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi

!Reklam – Yazi

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanı müstəqilliyinin bərpası günü münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı beynəlxalq təşkilatın “X”dəki hesabında paylaşım edilib.

“Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 33-cü ildönümündə Azərbaycan hökumətini və qardaş xalqını ən səmimi arzularımızla təbrik edir, uğurlar, sabitlik və firavanlıq arzulayırıq”, – paylaşımda qeyd olunur.

Qeyd edək ki, sabah Azərbaycanın Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də o zamankı Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.

COP29

www.yenicag.az

85
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv