Təbii qazdan əvəzsiz olaraq 250-yə yaxın dini məbəd istifadə edir

media-hightechnic-468x90

axar.az1392912977azeriqazAzərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi 2013-cü ildə dini məbəd və ziyarət yerlərinin istifadə etdiyi təbii qazın orta illik sərfiyyatını araşdırıb.

media-banner_tuq

“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayevin verdiyi məlumata görə, hər bir dini məbədin orta illik qaz sərfiyyatı 1 953 kubmetr təşkil edib.

Qurum rəsmisi xatırladıb ki, dini məbədlərin hər birində istifadə olunan qaza 5 000 kubmetr limit tətbiq olunur.

“Bu çərçivədə həmin limitdən istifadə edən ziyarət və ibadət yerlərinin sayı bu ilin sentyabrın 1-nə 244-ə çatıb. İlin əvvəlində dini qurum kimi dövlət qeydiyyatında olan ziyarət, məscid və məbədlərin sayı 127 olub”, – deyə o əlavə edib.

Qeyd edək ki, keçən ilin dekabr ayında Azərbaycan prezidentinin qərarına əsasən məscid və digər konfessiyalara məxsus dini məbədlərə ayrılmış limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05