Təhsil şöbəsinin müdiri işdən çıxarıldı
Ağstafa Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Leyla İsayeva vəzifəsindən azad olunub.
Yeniçağ.az-ın “report”a istinadən verdiyi məlumata görə, onun yerinə Kamran Yahya oğlu Abbasov təyin edilib.
K.Abbasov bu təyinata qədər Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) çalışıb.
L.İsayeva isə Ağstafa RİH-də İnformasiya təminatı və təhlil sektorunun mudiri vəzifəsini icra edəcək.
Yeniçağ.az