!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tək Millət, Tək Ürək”: Şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi

!Reklam – Yazi

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ərkan Özoralın təşəbbüsü və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi və təşkilatçılığı ilə reallaşan “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi və Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini dərin ehtiramla anıblar.

Sonra ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəmanların uyuduğu rayon Şəhidlər xiyabanı ziyarət olunub, məzarları üzərinə güllər düzülüb, dualar oxunub.

Heydər Əliyev Mərkəzində davam edən tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən söz açıb, hərbi qulluqçuların göstərdiyi misilsiz şücaətlərdən bəhs edib.

Müdafiə Nazirliyinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova çıxışında Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən şəhidlərin xatirəsinin hər zaman böyük ehtiram hissi ilə yad edildiyini diqqətə çatdırıb, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.

TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat çıxışında isə bildirib ki, “Tək Millət, Tək Ürək” Beynəlxalq Platforması çərçivəsində indiyədək 2300 şəhid və qazi ailəsi ilə təmas qurulub, onlara xüsusi qayğı ilə yanaşılıb. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevə məxsus “Təhsil millətin gələcəyidir” kəlamı rəhbər tutularaq, şəhid və qazi övladlarının Türkiyə universitetlərində təhsil almasını təmin etmək üçün müəyyən addımlar atılıb. Belə ki, hazırda Sivas Cümhuriyyət Universitetində TÜİB-in sponsorluğu ilə təhsil alan 19 azərbaycanlı gənc təhsil müddətini uğurla başa vurub ixtisaslı kadrlar kimi Vətənə qayıdacaqlar. Dövlət Sosial Müdafiə Fondu ilə birgə hazırlanan “Qardaş ailə” layihəsi çərçivəsində isə 5 şəhid ailəsi Türkiyənin Sivas, Şanlıurfa, Bursa, Balıkesir və İsparta şəhərlərinə səfər edib, dövlət qurumları tərəfindən böyük ehtiramla qəbul olunub və Türkiyədəki şəhid ailəsi ilə qardaşlaşıblar. Layihə davam etməkdədir. “Yaşat Fondu” ilə birgə hazırlanan layihə çərçivəsində isə 20 şəhid övladı İstanbul və Çanaqqala şəhərlərinə yay düşərgəsinə göndərilib.

Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib./Azertag/

COP29

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv