!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telekanallarımız "Qarabağ"ın oyununu yayımlamaq istəmir!  

!Reklam – Yazi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”ı sabah çətin sınaq gözləyir.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab matçında Moldovada “Şerif”in qonağı olacaq.

Amma sözügedən qarşılaşma Azərbaycanda canlı yayımlanmaya bilər. Məsələ burasındadır ki, önəmli qarşılaşmanı azərbaycanlı futbolsevərlərə canlı təqdim etmək üçün heç bir yeri telekanalımız təşəbbüs göstərməyib. Bizdə olan məlumata görə, yayım hüququnu əldə etmək üçün 50 min dollar tələb olunur. Ki, bu məbləğ də telekanal şefləri üçün böyük hesab edilib.

İş burasındadır ki, belə məqamlarda daha çox klub rəhbərliyi qınaq obyektinə çevrilir. Ancaq məsələ belədir ki, səfər oyunlarının yayım məsələsində məsuliyyəti klub daşımır. Yəni, yayım üçün birbaşa telekanallar təşəbbüs göstərməlidir.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyunda hesab açılmayıb – 0:0.

Yenicag.az

www.yenicag.az

1376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv