Temperatur yüksələcək

media-hightechnic-468x90

Buludlu_hava_190712Sabahdan Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsi müşahidə olunacaq.

media-banner_tuq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında bildirib ki, ancaq küləkli hava şəraiti davam edəcək. Ölkə ərazisində cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Dekabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək, axşam isə şimal-qərb küləyinə keçəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da dekabrın 24-də hava” style=”line-height: 1.6em;”>hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05