Tənqid olunan Tünzalənin prodüserindən AĞIR SÖZLƏR: “Səviyyəsiz…”

Mart ayının 27-də atasını itirən Tünzalə Ağayevanın “yeddi” mərasimi günü xınayaxdı məclisinə getməsi sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

Maraqlıdır, müğənninin bu müzakirələrə münasibəti necədir?

Məsələyə sənətçinin prodüseri Yalçın Cabbarov aydınlıq gətirib.

Yenicag.az-a açıqlama verən prodüser söz-söhbətə reaksiya vermədiklərini deyib:

“İnanın ki, heç Tünzalənin belə müzakirələrdən xəbəri də yoxdur. Hansısa səviyyəsiz söz-söhbətlərə münasibət bildirməyə onun heç zamanı da yoxdur. Kimsə ortaya düşüb, başqasını müzakirə edirsə, onun öz işidir. Bu, Tünzalə xanımın ağrısıdır; bunu onun özündən başqa heç kim anlaya bilməz”.

Cəvahir

COP29