!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tənzilə Rüstəmxanlıdan Ermənistana qaçan Zəkəriyyə Özə ağır sözlər…

!Reklam – Yazi

 

zekeriya_oz_cark_etti_h54094_b8d80“O, Ermənistana qaçmaqla  özünün mahiyyətinin nədən ibarət olduğunu bir daha göstərdi”

Xəbər verildiyi kimi, Türkiyənin ən qalmaqallı prokurorlarından olan Zəkəriyyə Öz Gürcüstan üzərindən Ermənistana qaçıb. Türk Ordusuna qarşı təxribat planının əsas oyunçularından olan bu şəxs həm də Türkiyə-Azərbaycan əlaqələrinə dair dövlət sirrlərini də ifşa etmişdi. Bununla yetinməyən Öz saxta dəlillərlə hazırlandığı isbat olunan Ergenekon ittihamnaməsində Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının 11 yaşlı qızını “Ergenekonun Azərbaycan nümayəndəsi” elan edərək, iftira atmaqda sərhəd tanımamışdı.

Yenicag.az-a açıqlamasında məsələ ilə bağlı münasibət bildirən Tənzilə Rüstəmxanlı bildirdi ki, Zəkəriyyə Öz Türkiyəyə düşmən olan xarici kəşfiyyat orqanlarıan xidmət edir: “Zəkəriyyə Öz vaxtilə saxta dəlillərlə Ergenekon ittihamnaməsi hazırlayaraq xeyli sayda günahsız insanları, vətənsevərləri, türk milləti və Azərbaycanı sevən adamların əksəriyyətini toplayıb həbs edəndə, o zaman bu, bir çoxlarının, eyni zamanda indiki iqtidarın da xoşuna gəlirdi. Onlar da prosesi sakit qarşılayırdı. Qeyd edim ki, hətta ailəmizin adı da orada keçib. Onun Türkiyəyə xaricdən müdaxilə edən müxtəlif kəşfiyyat orqanlarına xidmət etdiyini 10 il öncə açıqlamışdıq. İndi də haqlı olduğumuz üzə çıxdı. Zəkəriyyə Öz qaçanda da başqa bir ölkəyə deyil, düşmən ölkəyə qaçır. Hansı ki, bu ölkə Türkiyə ilə düşmənçilik edir, Azərbaycan torpaqlarını işğal edib. Amma onun vaxtilə həbs etdiyi adamların heç biri haqlarında iddia ortaya çıxanda belə ölkədən qaçmadılar, günahsız yerə 7-8 il həbs edildilər. Onlar günahsız olduğuna və haqqın üzə çıxacağına inanırdılar. Zəkəriyyə Öz isə ədalətə də güvənmir. Onun ən böyük ayıbı və kim olduğunu üzə çıxaracaq işlərdən biri də odur ki, qaçarkən Ermənistana sığınır. Bunlar Zəkəriyyə Özün mahiyyətinin nədən ibarət olduğunu bir daha göstərdi. İlahi ədalət deyilən bir şey var. Heç kəs düşünməsin ki, etdiyi günahların qarşılığını o dünyada alacaq. Elə Allah bu dünyada da qarşılarına çıxardır”.

ELÇİN

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv