Tənzilə Rüstəmxanlının bacısı həlak oldu-Dəhşətli qəza-Yeniləndi
Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb.
“Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğluun həyat yoldaşı, yaralanan İlahə Əliyeva isə bacısıdır.
Qeyd edək ki, Könül Rüstəmxanlı “Azəri Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlının bacısıdır.
Allah Rəhmət eləsin!
***
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Bakı şəhər sakini Rafiq Muxtar oğlu Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə maşında olan sərnişinlərdən Könül Rüstəmxanlı hadisə yerində ölüb, maşında olan daha bir sərnişin İlahə Əliyeva xəsarət alıb.
Əlavə edək ki, avtomobili idarə edən R. Mustafayev “Qanun” Nəşrlər Evinin sürücüsüdür.
***
Qəzada yaralanlar arasında Sabir Rüstəmxanlının digər bacısının həyat yoldaşı da var.