Terrorçu ilə ailə qurdu

media-hightechnic-468x90

80480Malayziyada 27 yaşlı qız “Skype” vasitəsilə İŞİD terrorçusuna ərə gedib. Gənc qız 2 həftə əvvəl İŞİD-in mərakeşli üzvü ilə ailə qurub.

Malayziyalı polisi adı açıqlanmayan qızın həbsi ilə bağlı bunları açıqlayıb: “Qız noyabr ayından etibarən İŞİD-in “Youtube”dakı təbliğedici videolarını izləyib. Təsir altına düşən qız daha sonra terrorçulara qoşulmağı qərara alıb. Dekabrın 24-də isə Kuala-Lumpur aeroportunda terroçulara qoşulmaq üçün gedərkən həbs edilib”.

Xüsusi xidmət orqanlarının məlumatına əsasən, İraq və Suriyada İŞİD-in tərkibində minimum 60 nəfər malayziyalı var. Dekabr ayı ərzində Kuala-Lumpur aeroportunda İŞİD-ə qoşulmaq istəyən bir neçə nəfər həbs edilib. Bundan başqa, Malayziyaya qonşu ölkələrdən terrorçulara qoşulmaq istəyənlər də bu aeroportdan tranzit məntəqə kimi istifadə edirlər.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600