Tərtərdə avtobus aşdı-Yaralılar var
Tərtərdə ağır yol qəzası baş verib.
Rayon polis şöbəsindən verilən məlumata görə, Tərtər-Bərdə magistral avtomobil yolunun 3-cü km-də Tərtərin bürünc kəndində “Ford” markalı mikroavtobus aşıb. Rayon sakini Ədalət Musayevin idarə etdiyi “Ford Vektra” sərt döngəni nəzərə almayaraq idarəetməni itirib və aşıb.
Qəza zamanı avtomobildə sərnişin qismində olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon xəstəxanasına göndərilib.
Polis hadisə yerində araşdırma aparır. (qafqazinfo.az)