Tərtərdə toyda kütləvi dava: xəsarət alanlar var

Tərtərdə toy mərasimində kütləvi dava olub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, rayonun Heydər Əliyev prospektində yerləşən şadlıq saraylarından birində keçirilən toyda qonaqlar arasında mübahisə yaranıb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Kütləvi dava zamanı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Tərtər Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Sarıcalı kənd sakinləri: – 37 yaşlı Elmir Səmədov, 43 yaşlı Vidadi Abışov və qardaşı Nizami Abışov, habelə 48 yaşlı Feyzi Abışov, 31 yaşlı Ramin Səmədov, 26 yaşlı Abil Əliyev, 30 yaşlı Rəşad Hüseynov, 49 yaşlı Valeh Səfərov və 18 yaşlı Səfərli Kamal Valeh oğlu İmanlı Nurlan Rafel oğlunun toy mərasimində bir-birlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq hərəkətləri ediblər.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində olublar. Faktla bağlı cinayət işi başlanaraq araşdırmalar aparılır.