Təyyarə qəzaya uğradı

media-hightechnic-468x90

10901623_327583957430770_577245487_ofhfhABŞ-ın Kentuçki əyalətində təyyarə qəzası baş verib. Kiçik bir təyyarənin qəzaya düşməsi nəticəsində dörd nəfər həlak olub. ABŞ Federal Aviasiya İdarəsi qəzanın “Piper PA-34” tipli kiçik təyyarənin mühərrikində yaranan nasazlıqdan baş verdiyi açıqlayıb.

Polis əməkdaşları qəza barədə 7 yaşındakı bir qızın məlumat verdiyi deyib. Məlum olub ki, balaca qız qəza zamanı təyyarədə olub. Balaca təyyarənin düşdüyü yerə yaxın olan Lyon şəhərinə gedib və hadisə barədə məlumat verib.

Təyyarə ilə əlaqənin kəsilməsindən yarım saat sonra Lyon şəhəri sakinlərindən birinin evinə gələn uşaq təyyarə qəzası keçirdiyini söyləyib. Təyyarənin dağıntıları kiçik qızın xəbər verməsindən təxminən iki saat sonra Kentuçki gölünün yaxınlığındakı meşəlik sahədə tapılıb.

Dağıntıdan pilot və üç sərnişinin cansız bədəni tapılıb. Qəzada həlak olan kəslərin, kiçik qızla əlaqəsinin olub-olmadığı haqqında məlumat verilməyib. Polis əməkdaşları qəzadan ciddi bir yara almadan xilas olan qızın xəstəxanaya aparıldığı ifadə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600