!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tibbi maska taxmamağa görə cərimələr təsdiqləndi - MƏBLƏĞ

!Reklam – Yazi

Milli Məclisin növbədənkənar sessiyasının iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Yenicag.az xəbər verir ki, müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tibbi maska taxmamağa görə cərimələr müəyyənləşir.

Layihəyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyən olunur.

Həmin tələblərin pozulmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimələnəcək.

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv