!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ticarət müharibələri qızılı ucuzlaşdırıb” – Ekspert

!Reklam – Yazi

“Son zamanlar qızılın dəyər itirərək ucuzlaşması dolların güclənməsi və dünya ticarət savaşının qızışması ilə əlaqədardır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında qızılın unsiyasının ucuzlaşmasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

“Əslində qızılın ucuzlaşma tendensiyası bir aya yaxındır ki, davam edir. Son bir ayda qızılın unsiyası ümumiyyətlə, 1300 dollardan 1240 dollaradək ucuzlaşıb. Bu ucuzlaşmaya əsas səbəb isə dünyada ticarət müharibəsinin qızışması və FED-in uçot dərəcəsini artırmasından sonra dolların güclənməsidir. Yəni dolların indeksi may ayından etibarən digər valyutalara, o cümlədən avroya nisbətdə yüksəlib. Bir ay əvvəl 1 avro 1,25 sent idisə, indi 1,16 sentə qədər ucuzlaşıb. Dolların güclənməsi isə həmişə qızılın ucuzlaşması ilə nəticələnir. Digər tərəfdən, dünya ticarət müharibələrinin qızışma ehtimalı artdıqca, qızıla olan tələbat da azalır. Bu fonda əsasən qiymətli kağız və valyutalara tələbat artır. Qızıla tələbat azaldıqca, yaranmış vəziyyət onun qiymət baxımından enməsinə də təsir göstərir. Beləliklə görürük ki, iki faktor, dolların güclənməsi və dünya ticarət müharibələrinin artması ehtimalı son dövrlər qızılın dəyər itirməsinin əsas səbəbləri rolunda çıxış edir”.

Qeyd edək ki, dünya birjalarında keçirilən sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,20 dollar azalaraq 1 240,50 dollara düşüb. Ümumiyyətlə, son dövrlər qızıl ardıcıl olaraq dəyər itirməkdə davam edir.

ELÇİN

COP29

www.yenicag.az

3137
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv