Tiflisdə İNSİDENT: Ermənilər Azərbaycan səfirliyinə doğru yürüş etmək istədilər – Təxribatın qarşısı belə alındı / FOTO

Tiflisdə ermənilərin təxribat cəhdi baş tutmayıb.

Yenicag.az xəbər verir ki, Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüş etmək istəyiblər.

Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tiflisdə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib./APA/