Ağır atletika üzrə Azərbaycan millisinin baş məşqçisi postunda dəyişiklik edilib.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, Tofiq Heydərov işlərinin çoxluğu səbəbindən istefa verib və onun yerinə gənc mütəxəssis Asif Məmmədov təyin edilib.
Heydərov fəaliyyətini federasiyanın vitse-prezidenti kimi davam etdirəcək.
Məlumatı qurumun mətbuat xidmətindən də təsdiqləyiblər.
www.yenicag.az