Tovuzda qadın diri-diri yandı - FOTOLAR

media-hightechnic-468x90

Tovuzda 62 yaşlı qadın mağazanın içində yanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon bazarındakı gül dükanında baş verib.

Mağaza sahibi Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasından alışıb. Qadın ətrafdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə xəstəxanalarının birinə göndərilib. Hadisə nəticəsində qadının bədəninin 65 faizinin yandığı bildirilir.

Nərgiz Əmiraslanovanın yeni güllər gəldiyi üçün mağazada gecələdiyi deyilir.

Hadisə nəticəsində obyektə və içindəki mallara ciddi ziyan dəyməyib.

Faktla bağlı araşdırma aparılır.

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600