Zelenski Trampla görüşdü

media-hightechnic-468x90

Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp arasında görüş baş tutub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Zelenski ABŞ nümayəndə heyəti ilə görüşdən çəkilmiş kadrları “Telegram” hesabında paylaşıb.

Görüşdə Ukrayna liderini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, ABŞ Prezidentini isə Dövlət katibi Marko Rubio müşayiət edib.

“Mövqeləri koordinasiya etmək hər zaman vacibdir”, – Zelenski paylaşımında yazıb.

Tramp isə bu görüşün çox yaxşı keçdiyini, həmçinin sammit çərçivəsində Zelenski ilə bir daha görüşəcəyini deyib. Həmin görüşün də bu gün, iyunun 16-sı keçiriləcəyi bildirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05