Toyda oynamaq üstündə kütləvi dava düşdü

media-hightechnic-468x90

107808_res_01Bərdə rayonunda keçirilən toy mərasimlərindən birində kütləvi dava düşüb.

Yenicag.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Buəhmədli kəndində yerləşən “Ay-ulduz” şadlıq sarayında qeydə alınıb.

Təxminən 15 nəfər gəncin iştirak etdiyi dava nətcəsində 1 nəfər bıçaqlanıb, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.

Belə ki, Məmmədovlar ailəsinin xeyir işində toya dəvətli olan iki qohum arasında oynamaq üstündə dava düşüb. Dava zamanı 24 yaşlı Xurşudov Qalib Teymur oğlu xəsarət alıb.

Zərərçəkmiş kəsilmiş-deşilmiş bədən xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600