Toylar büdcənizə necə təsir edir? – Sorğu

media-hightechnic-468x90

sadliq sarayaasdMəşhur Azərbaycan filmində deyildiyi kimi “Xalqımızın toy kimi gözəl adəti var”. Doğrudan da toy Azərbaycan xalqının adət-ənənələrini özündə birləşdirən, özünəməxsusluğunu ifadə edən bir mərasimdir. Toyun ən başlıca məramı da iki insanın səadətinin simvolu və bu səadətə şərik çıxanların iştirak etməsidir.

Müasir dövrümüzdə toy kimi adətimiz qalsa da, müəyyən şərtlər dəyişib. Toya çağırılanlar artıq sevinmir. Bəli düzgün oxudunuz. Sevinmir! Çünki, ay ərzində ən azı 4 yaxud 5 toya çağırılan insan, necə bu səadətə şərik çıxa bilər?! Aylıq qazancının 400-500 manat arasında dəyişdiyi bir ailə başçısı dəvət olunan bütün toylara getsə və hər toya azı 50 manat salsa, həmin şəxsin siz maddi durumunu və ailə vəziyyətini təşəvvür edin. Çox çətindir!

Bu vəziyyəti yaxşı anlamağımıza baxmayaraq, Yenicag saytı olaraq, sosial şəbəkə kiçik bir sorğu keçirdik.
“Toylar büdcənizə necə təsir edir” sualını Facebok əhlinə ünvanladıq.

Azər Bayramov : “Hər toya dəvət olunduqda cibimdən 100-120 manat gedir. Ürək istərdi ki, toylarımız daha sadə və sakit axarda keçsin”.

İbrahim Rüstəmli: “Toylara, hələ ki, sonu görünməyən qumar oyunu kimi baxıram. İnsanlar öz iradəsindən kənardadır. Heç kim bu oyunun qaydalarına müdaxilə edə bilmir. Yadımdadır, tanışlarımdan biri öz oğluna toy edəndə, ona,”mən bu çərçivədən kənara çıxacağam”, dedim. Cavabı çox sərt oldu:”Bacarmazsan!” O haqlıdır. Şadlıq saraylarını tikdirənlər camaatın arzu və istəklərini idarə edən bacarıqlı “alverçilərdir.” Heç kim sənin nə düşündüyünün fərqində deyil. Onların təklifi, məhz onların nəzərdə tutduqları kiçik “endirimlərlə” bir qayda olaraq qəbul edilir. Əhali kütləvi hipnoz vəziyyətindədir. Bundan məharətlə bəhrələnən “işbazlar” artıq hər bir bina üçün bir şadlıq sarayı tikdirirlər. Qazanc var axı”

Əfruzə Ağayeva: “Elə ay olur ki, toy olmur. Bəzən ay ərzində 5 toy olur və hər toya 100 manatdan hesablasaq ən aşağısı 500 manat edir. Amma mən toya gedəndə pulu evdəkilər verir deyə ağırlıq mənə düşmür”.

Aytac Kazımzadə : “Təsir etmir, çünki mən toya getmirəm”.

Azad Nağıyev: “Büdcəmə çox pis təsir edir. Çünki toy olan aylarda azı 200-300 manat ziyana düşürəm”.

Aytən Nəsibbəyli: “Elə bir mənfi təsiri yoxdur. Çox yaxın adamın toyu olduğu təqdirdə gedirəm və cibimə uyğun olan məbləği yazdırıram”.

Elvin Mahmudov: “Adam başına ən azı 50 manatdır. Amma hamı da bilir ki, 100-dən aşağı salmaq olmur”.

 

Kamran ƏDALƏTOĞLU

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600